Yunanıstanda güclü zəlzələ

Bu gün Yunanıstanın cənubunda güclü zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Afina Geodinamik İnstitutu məlumat yayıb.

Bildirilib ki, Peloponnes və Krit adaları arasında, dənizdə, 5,4 bal gücündə, təxminən 58 kilometr dərinlikdə zəlzələ baş verib.

Yeraltı təkanlar Afinadan Kritə kimi hiss olunub. Yunanıstan Yanğınsöndürmə Xidməti dağıntılar barədə məlumatın olmadığını bildirib.

Yunanıstanın antiseysmik planlaşdırma təşkilatının rəhbəri Eftimios Lekkas Yunanıstanın dövlət televiziyası olan ERT-ə deyib ki, zəlzələnin daha dərin olması səbəbindən yeraltı təkanlar daha geniş ərazidə hiss olunub.

Dağıntı və tələfat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR