İki bacı idilər, iki qardaş oldular: Tanınmış şəxsin cinsini dəyişdirdiyi üzə çıxdı -

“Əmr et komandanım” filmində oynadığıl rol ilə tanınan Türkiyənin tanınmış siması Nil Erkoçların cinsini dəyişərək kişi olması böyük müzakirələrə yol açmışdı. Məlum olub ki, Nil Erkoçların bacısı Gül də cinsini dəyişərək kişi olub.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, sənətçinin bacısının cinsinin dəyişməsi arxiv və indiki fotoların araşdırılması sayəsində üzə çıxıb. Gülün hazırki fotolarda olmaması diqqət çəkib və araşdırma nəticəsində həqiqət üzə çıxıb.

Qeyd edək ki, Nil cinsini dəyişəndən sonra Rüzgar, Gül ilə isə cinsini dəyişəndən sonra Görkəm Batu adını alıb. Görkəm Batu da hazırda sənət işləri ilə məşğuldur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR