BMT "Taliban"a 6 milyon dollar ödəyib

BMT “Taliban”dan pul qarşılığında Əfqanıstandakı nümayəndələrinin təhlükəsizliyini tələb edib.

Metbuat.az xəbər verir ki, BMT-dən belə açıqlama verilib. İddialara münasibət bildirən BMT, qurumun nümayəndələrinin təhlükəsizliyi üçün pul ödənildiyini təsdiq edib. Lakin məbləğ barədə məlumat verilməyib. Açıqlamada bildirilir ki, normal şərtlərdə nümayəndələrin təhlükəsizliyini təmin etmək ev sahibi olan ölkənin üzərinə düşür. Lakin Əfqanıstanda şərtlər hazırda fərqlidir.

Qeyd edək ki, mediada BMT, təhlükəsizlik məsələləri üçün “Taliban”a 6 milyon dollar təklif etdiyi iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR