Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunub

Azərbaycan “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunub
11:23 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun birgə beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan növbəti Beynəlxalq Təşkilata üzv oldu.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunub və 2016-cı il yanvarın 1-dən fəaliyyətə başlanması təsdiqlənib.
Bildirilib ki, “Yaşıl Kart” sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Yasil_Kart_Beynelxalq_Sigorta_Sistemine_qebul_olunub-859330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR