Avstraliyada koronavirus testləri ilə bağlı ciddi səhvə yol verilib.

Metbuat.az xəbər verir ki, laboratoriya koronavirusa yoluxan yüzlərlə şəxsə səhv nəticə təqdim edib. Koronavirusa yoluxan şəxslərə “neqativ” cavab göndərilib. Sidney şəhərində yerləşən laboratoriya məsələ ilə bağlı üzr istəyib. Bildirilib ki, səhv cavab göndərilən şəxslərin hamısı ilə əlaqə saxlanılıb, onlara məsələ izah edilib. Rəsmi dairələr həmin sakinlərin ünsiyyətdə olduğu şəxslərlə də əlaqə saxlayıb.