Maradonanın qardaşı vəfat etdi

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın qardaşı Uqo Maradona vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 52 yaşında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, sabiq oyunçu və məşqçi olan Uqo Maradona “Askoli”, Vyana “Rapid”i və “Rayo Vallekano” kimi klublarda çıxış edib. O, “Puerto-Riko Aylenders”in baş məşqçisi olub.

Xatırladaq ki, Dieqo Maradona da ötən il ürək çatışmazlığından vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR