Fuad Əlizadə

Azərbaycanda iqtisadçı-ekspert, tanınmış jurnalist Fuad Əlizadə koronavirusdan vəfat edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 53 yaşlı F.Əlizadə bu gün səhər saatlarında koronovirusdan dünyasını dəyişib.

Qeyd edək ki, F.Əlizadə dekabrın 10-da koronavirusa yoluxmuşdu. O, “Yeni Kinika"da müalicə alırdı.

Xatırladaq ki, F.Əlizadə “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb, son zamanlar isə CBC televiziyasında işləyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR