3 milyardlıq hücum planı: Əməliyyat son anda niyə təxirə salınıb? -

İrana mümkün hücum üçün İsrail ordusuna 2,9 milyard dollar vəsait ayırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Haaretz” qəzetində yer alan məqalədə deyilir.Məlumata görə, bir müddət əvvəl İsrail ordusu İranahücum üçün birneçə plan hazırlayıb. Hesabata görə, ordu hökumətə bu planların icrasının nəticələrinin ehtimal etməyin çətin olduğu barədə xəbərdarlıq edib. Məlumata görə, ordu üçün ayrılan məbləğ yeni silahların əldə edilməsinə və İrana mümkün hücumlar barədə təlimlərin keçirilməsinə sərf edilib.

Hesabatda qeyd edilir ki, İsrail ordusu hücum üçün hələ bir müddət əvvəl hazır olub. Lakin Livan və Qəzza bölgəsindəki hadisələr İsraili ehtiyatlı davranmağa məcbur edib. Hesabatda həmçinin qeyd edilib ki, İran son illərdə hava hücumundan müdafiə sistemlərini gücləndirib. İranın İsrailin istənilən nöqtəsini asanlıqla vura biləcək raketləri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR