İdmançılarımızın bu il qazandıqları medal sayı açıqlandı

Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a daxil olan məlumata görə, idmançılar bu il ümumilikdə 519 medala sahib çıxıblar.

Onlardan 227-si limpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR