İlham Əliyevlə Abdullah Şahid telefonla danışdı

Prezident İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, A.Şahid bu barədə Tvitter hesabında paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə əla telefon söhbətimiz oldu”, - A. Şahid vurğulayıb.

Şahid, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR