Sıfırlanan qaz sayğaclarının faizi açıqlandı

Yanvarın 1-dən bu günə qədər mexaniki sayğacdan (sonradan ödənişli) istifadə edən 104 min abonentin qaz sayğaclarının 65 faizi sıfırlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin rəhbəri Ruslan Əliyev məlumat yayıb. O qeyd edib ki, yanvarın 1-dən bu günə qədər bu tipli sayğacdan istifadə edən 104 000 abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 3 104 104 vatsap nömrəsinə göndərməkləri sayəsində bu rəqəm əldə edilib.

Tarif limitlərinin sıfırlanması prosesi davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR