ŞOK İDDİA: Pakistana dəstək verən şirkətlərə hücumu İsrail təşkil edib

1980-ci illərdə Pakistana nüvə silahının əldə edilməsində dəstək verən şirkətlərin bombalanmasını İsrailin Mossad təşkilatı təşkil edib.

Metbuat.az xəbər verir ki, İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti belə iddia ilə çıxış edib. Xəbərdə deyilir ki, 1981-ci ildə ABŞ Pakistana nüvə silahı əldə etmək üçün dəstək verən şirkətlərə diplomatik xəbərdarlıq edib. Ardınca Almaniyanın “Cora” şirkətinin yüksək rütəbli əməkdaşının evi və “Walischmiller” şirkətinin Almaniyadakı fabriki bombalanıb. Alman mühəndis Heyn Mebusun ofisində də partlayış baş verib. İddialara görə, bu partlayışların arxasında Mossad dayanır.

Qeyd edək ki, həmin vaxt partlayışlara görə məsuliyyəti “Cənubi Asiya Nüvə Silahlarının yayılmasına qarşı” adlı təşkilat üzərinə götürüb. Lakin daha sonra bu təşkilat barədə məlumat olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR