Nazarbayev istefaya göndərildi

Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edərkən bildirib. O, eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu açıqlayıb.

Tokayev, bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib. Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, paytaxtı tərk etməyəcəyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR