Aparıcı Vüsalədən qardaşı ilə bağlı ürək ağrıdan SÖZLƏR:

“Keçən il bayram etmədim, qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik, onların xatirəsinə hörmət etmək borcumuzdur, acıları acımızdır! O ailələrə pay hazırladıq, o körpələri sevindirdik, ağıllı balam o qədər xoşbəxt oldu ki…”

Metbuat.az bildirir ki, bu haqda aparıcı Vüsalə Əlizadə şəxsi "Instagram" hesabı üzərindən paylaşım edib. Ötən il avtomobil qəzasında vəfat edən qardaşı oğlu və qızı Diləklə fotosunu yayımlayan aparıcı aşağıdakı sözləri də əlavə edib:

“Bu il Allahım belə məsləhət bilib, elə bir acı yaşatdı ki, mənim də canını, həyatını vətənə qurban verən igidim həyatımın rəngini soldurdu. Bayramlarım sıradan gün oldu, həyatım adi nəfəs döyüntüsünə döndü… Kimsə yaşamayacaq bu acını? Təbii ki yaşayacaq! Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəni-adəmin dəyişə bilməyəcəyi həyat oyunu…

Amma durmadan gedən həyatla ayaqlaşıb, dərdimiz, qubarımız bir ömür ürəyimizdə davam edirik, məcburuq dik durmağa, məcburuq gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə...

Ürəyimin ən böyük yarasını dondurdum, bu günahsızlar üçün, təki sizin üzünüz gülsün, xoşbəxt böyüyün. Sizə canım qurban”.

Xatırladaq ki, Vüsalə Əlizadənin 1989-cu il təvəllüdlü qardaşı Əlihüseyn Əlizadə avqust ayında yol qəzasında həyatını itirmişdi. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR