Şimali Koreya ballistik raket atdı

Şimali Koreya növbəti dəfə ballistik raketin sınağını təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi dairələri məlumat yayıb. Bildirilir ki, bu son bir həftə ərzində Şimali Koreyanın ikinci raket sınağıdır. Raketlərin detalları barədə məlumat yoxdur. Yaponiyanın Sahil Mühafizə Xidməti də məlumatı təsdiq edib.

Bu testlərin ölkə lideri Kim Çen Inın hərbi imkanları dəstəkləmək üçün yeni qərar qəbul etməsindən sonra keçirilməsi diqqət çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR