“Araz-Naxçıvan” komandası futbol üzrə muxtar respublika çempionatının qalibi olub

“Araz-Naxçıvan” komandası futbol üzrə muxtar respublika çempionatının qalibi olub
13:03 30 May 2015
41 İdman
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 30 may, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatı başa çatıb. 10 komandanın mübarizə apardığı çempionatın qalibi adını “Araz-Naxçıvan” futbol komandası qazanıb.
AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” futbol komandası mövsüm ərzində yalnız bir dəfə xal itkisi ilə üzləşib. “Dinamo” futbol komandası isə 3 məğlubiyyət və əldə edilən 43 xal nəticəsində mövsümü ikinci pillədə başa vurub.
İlk dövrəni liderlər cərgəsində başa vuran Naxçıvan Dövlət Universitetinin komandası üçüncülüklə kifayətlənməli olub. Tələbələr mövsüm ərzində 4 dəfə meydanı məğlub tərk ediblər.
Geridə qoyduğumuz mövsümün bombardiri adını “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov qazanıb. O, 18 tur ərzində rəqib qapılardan 18 top keçirməyə müvəffəq olub. Digər iki pillədə də “Araz-Naxçıvan”ın futbolçuları qərarlaşıblar. Turqay İbrahimov 17 qol vurub, İbrahim Əliyev isə 14 dəfə fərqlənib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Araz_Naxchivan_komandasi_futbol_uzre_muxtar_respublika_chempionatinin_qalibi_olub-859368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR