"Qarabağ" yeni qapıçı

"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

22 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

Luka Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti klubumuza məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR