Vüsalə Əlizadə əsəbiləşdi:

Aparıcı Vüsalə Əlizadə yeni açıqlaması ilə diqqət çəkib.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, o, "7 canlı" verilişində aparıclıq fəaliyyətində yaşadığı çətinliklərdən danışıb. Vüsalə hazırkı dövrdə universitet tələbələrinin tez bir zamanda tanınaraq aparıcı olmaq istəyini qınayıb:

"Niyə son zamanlarda efirlərdə doğru-düzgün, səlis danışa bilən aparıcılar qala bilmir? Bu, əziyyətdən irəli gəlir, burada pul-maddiyyat vacib deyil. Bunun üçün savad, mütaliə, etika, estetika lazımdır. Biz nə qədər çətinliklərdən keçmişik. İndi universiteti doğru-düzgün bitirə bilməyənlər aparıcı olmaq istəyirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR