"Neftçi" və "Sumqayıt" Türkiyədə növbəti oyunlarına çıxacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında "Neftçi" və "Sumqayıt" komandaları ikinci yoxlama oyunlarını keçirəcəklər.

Metbuat.az xəbər verir ki, "Neftçi" Polşanın "Visla" (Plotsk) komandası ilə, "Sumqayıt" təmsilçisi isə Almaniyanın "Berliner AK" klubu ilə görüşəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2. "Sumqayıt" isə Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR