Rusiya Ərdoğanın təklifinə cavab verdi

“Rusiya istənilən ölkənin Ukrayna məsələsini həll etmək səylərini alqışlayır”.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, NATO və qərb ölkələrinin həmlələri Ukraynada vəziyyəti gərginləşdirib. “Türkiyə Ukraynanı Minsk razılaşmalarını yerinə yetirməyə sövq etsə, sevinərik” - deyə Peskov bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskini Türkiyəyə dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR