Türkiyədə iki komandamız qüvvəsini sınayacaq

Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan Azərbaycan klubları bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər.

Metbuat.az xəbər verir ki, "Qarabağ" Bakı vaxtı ilə saat 13:30-da Serbiya "Baçka Topola"sı, günün ikinci yarısında - saat 19:00-da Polşanın "Slyonsk" komandası ilə görüşəcək.

Bundan başqa, "Qəbələ" ikinci oyununda Şimali Makedoniyanın "Borats" kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-a təyin edilib.

Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. "Qəbələ" Polşa "Zaqlembe"sinə 1:2, "Səbail" isə "Keşlə"ə 0:2 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR