"Sumqayıt" Antalyada sonuncu oyununu keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, klub Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi əvvəlki görüşlərdə Almaniyanın "Berliner AK" komandasına 2:5 hesabı ilə uduzub, Polşa "Yagelloniya"sı ilə isə qolsuz heç-heçə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR