Ermənistan prezidenti vəzifəsini bu şəxs İCRA EDƏCƏK -

Ermənistan Milli Assambleyasının (parlament) sədri Alen Simonyan Ermənistan liderinin növbədənkənar seçkilərinə qədər prezident səlahiyyətlərini icra edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, bazar günü axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan xarici və daxili siyasətə təsir imkanlarının mümkünsüzlüyünü əsas gətirərək istefa verdiyini açıqladı.

Ölkə konstitusiyasına görə, Ermənistan prezidenti vəzifəsindən kənarlaşdırıldıqda, istefaya göndərildikdə, öldükdə və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə səlahiyyətlər parlamentin sədrinə keçir. O, yeni prezidentin andiçmə mərasiminə qədər ən yüksək hökumət postunu tutur.

Qeyd edək ki, növbədənkənar seçkilər hazırkı dövlət başçısı getdikdən sonra 25-dən tez və 35 gündən gec olmayaraq keçirilməlidir.

Məlumat üçün bildirək ki, Ermənistan prezidenti parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs bu vəzifəni yalnız bir dəfə edə bilər. Deputatların ümumi sayının azı dörddə biri namizəd irəli sürmək hüququna malikdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR