Nəzarətdən çıxan raket Ay ilə toqquşacaq

7 il əvvəl kosmosa göndərilən Falcon 9 raketi Ay il toqquşa bilər.

Metbuat.az xəbər verir ki, bu barədə elm adamı Erik Berger açıqlama verib. O bildirib ki, nəzarətdən çıxan aparat peyklə toqquşmaya səbəb olacaq trayektoriya üzrə uçur. Onların yaxın bir neçə həftə ərzində toqquşacağı güman edilir. Lakin onun ayın səthində hansı əraziyə düşəcəyi məlum deyil.

Qeyd edək ki, aparat yetərli yanacağa sahib olmadığı üçün nəzarətdən çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR