x
Loading...

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Milli Məclisdə “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda dinləmə keçiriləcək.

Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, komitənin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planına “Məşğulluq haqqında” qanuna əlavə və dəyişiklik edilməsi məsələsi salınıb. Həmçinin “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Eyni zamanda, komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR