İsrail ordusu İrana hücum təlimləri keçib

İsrail ordusu gizli şəkildə İrana hücuma dair təlimlər keçib.

Metbuat.az xəbər verir ki, təlimi yüksək rütbəli amerikalı hərbi nümayəndə də izləyib. İsrail mənbələrinin məlumatına görə, təlimlər zamanı İranda yer alan “uzun mənzilli” hədəflər sıradan “çıxarılıb”. Bildirilir ki, təlimlər təqribən iki həftə əvvəl təşkil edilib. Məşqlərə çox sayda qırıcı və PUA qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR