Ərdoğan Kırım tatarları heyəti ilə görüşdü -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada Kırım tatarlarının nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, “Boryspil” hava limanındakı qəbulda Kırım tatar türk xalqının milli lideri və ukraynalı millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və nümayəndələr iştirak ediblər.

Qəbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.

edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR