Koronaya yoluxan Ərdoğan ona zəng edənlərin hamısına təşəkkür etdi:

Çox sayda yerli siyasətçi və xarici ölkə lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana koronavirusa yoluxması ilə bağlı zəng edərək və ya mesajlar ünvanlayaraq tezliklə sağalmasını arzu ediblər.

Metbuat.az xəbər verir ki, dövlət başçısı ona sağlamlıq arzu edən siyasətçilərə biganə yanaşmayıb. Ərdoğan sosial media hesabındakı paylaşımları ilə onlara ayrı-ayrılıqda təşəkkür edib. Türkiyə mediası yazır ki, Ərdoğan təkcə Müstəqil Türkiyə Partiyasının sədri Hüseyin Başa təşəkkür etməyib.

Bəzi yerli dairələr bunu siyasi məsələlərlə əlaqələndirir. Bəziləri isə hesab edir ki, Hüseyin Başın mesajı Ərdoğanın diqqətindən yayındığı üçün ona təşəkkür etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR