Sexdən 14 min manatlıq oğurluq edən şəxslər tutulub

Xaçmaz rayonunda qapı-pəncərə sexindən oğurluq edilib.

Bu barədə Metbuat.az-a DİN-dən bildirilib.

Məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il iyulun 7-də rayon ərazisindəki qapı-pəncərə sexlərinin birindən 4000 manat, oradakı seyfdən 10.000 manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Qobuqıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR