Magistraturaya indiyədək sənəd verənlərin sayı açıqlanıb

Magistraturaya sənəd verənlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, bu gün saat 09:00-a 12 874 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 11800; rus bölməsi - 1074).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbuluna fevralın 1-dən başlayıb. \

Sənəd qəbulunun fevralın 10-da başa çatması nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanı isə fevralın 20-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)