Azərbaycanda internet istifadəçilərinin 87%-i dələduzluqla qarşılaşıb

Azərbaycandakı respondentlərin 87%-i internetdə dələduzluqla qarşılaşıb.

“Kaspersky” şirkətindən Metbuat.az-a verilən məlumata görə, Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılan sorğuda 18 yaşdan yuxarı 500 nəfər iştirak edib.

Sorğu iştirakçılarının 57%-i dələduzluq variantları kimi lotereya uduşu təkliflərini qeyd ediblər, 21%-i özünü bank əməkdaşı kimi təqdim edən şəxslərlə qarşılaşıb, hansı ki, şifrəni təsdiqləməyi, bank kartı nömrəsini, pin kodu, CVV şifrəni və digər kart/hesab məlumatlarını istəyib, 21%-i naməlum/yeni saytlarda "çox cəlbedici endirimlərlə" alış-veriş edərək nəticədə heç bir mal/xidmət əldə etməyib.

Qeyd olunan halların 88%-də fırıldaqçılar şəxsi nömrəyə zəng edib və ya mesaj yazıb, 83%-də isə məktub ya sorğu iştirakçısının, ya da onun yaxınlarının elektron poçtuna göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR