MDB XİN rəhbərləri Nur-Sultanda toplanacaq

MDB Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) növbəti iclası 2022-ci il oktyabrın 13-də Nur-Sultanda təşkil olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mixail Yevdokimov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan bu il Şuranın sədri olduğundan 2022-ci ildə MDB-nin xətti ilə bəzi tədbirlər Nur-Sultan şəhərində keçiriləcək.

“Hər şeydən əvvəl söhbət hökumət başçılarının may ayında keçiriləcək görüşündən, həmçinin Birliyin oktyabrın 14-də elə orada keçirilməsi nəzərdə tutulan sammitindən gedir. Ənənəyə görə həmin ərəfədə (oktyabrın 13-də) Xarici İşlər Nazirləri Şurasının iclası təşkil olunacaq”, - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR