Vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 692 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 788, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 38 835 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 434 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 264 564, ikinci mərhələ üzrə 4 762 493nəfər təşkil edir. Ümumilikdə isə 2 407 271 “buster” doza vurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR