Bakıda yaşayış binasında YANĞIN:

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

Bu barədə Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

Binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR