Azərbaycanda ana və övladı qətlə yetirildi

Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 27 yaşlı qadın və onun 5 yaşlı qızı bıçaqlanıb. Hər iki yaralı aldığı xəsarətlərdən keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Həsənov Elməddin Elimdar oğlu saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR