DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Hamı onların öldüyünü güman edirdi... -

Hindistanda 37 yaşlı Muahmmed Mehboob adlı şəxsin cəsarəti dünya mediasında gündəm olub.

Metbuat.az xəbər verir ki, o qatar gözləyərkən, qızın relslərin üzərinə düşdüyünü müşahidə edib. Qızı xilas etmək üçün relslərin üzərinə tullanan 37 yaşlı şəxs, qatarın gəldiyini görüb. Qalxmağa macal tapmayacağını anlayan hindistanlı relslərin arasına uzanaraq, qatarın keçməsini gözləyib. O, qızın xəsarət almaması üçün sanki bədənini qalxan edib. Qızı və özünürelslərin arasında yerə sıxan hindistanlı, xoşbəxtlikdən xəsarət almayıb. Onların hər ikisi xilas olub. Şahidlər onların sağ qalmasının möcüzə olduğunu deyiblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR