Korona hibrid virusa çevrildi - Bu şəxslərdə aşkar edilir /

Koronavirusun yeni növü aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Təhlükəsizliyi təşkilatı açıqlama yayıb. Bildirilir ki, deltakron adlandırılan yeni növ, delta və omikron variantlarına eyni anda yoluxan şəxslərdə özünü biruzə verir. Yeni növün nə qədər təhlükəli olduğu məlum deyil.

Bildirilir ki, delta və omikron varinatlarına yoluxan xəstələrdə aşkar edilən deltakron, hibrid virusdur. Deltakrona yoluxan xəstələrin sayı barədə açıqlama verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR