İsmayıllıda taksi sürücüsü maşını narkotikin təsiri altında idarə edib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şəhər sakini İ.Vəliyev idarə etdiyi VAZ-21015 markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

Onun narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.

İ.Vəliyev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR