Neft kəskin ucuzlaşdı

Rusiya və Ukrayna sərhədində hərbi münaqişə ilə bağlı gərginliyin azalması dünya bazarında neft qiymətlərinin ucuzlaşmasını sürətləndirib.

Metbuat.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 4,06% ucuzlaşaraq, 1 bareli 92,42 ABŞ dollarına satılıb.

WTI neftinin mart fyuçerslərinin qiyməti isə 4,65% aşağı düşərək, 1 bareli 91,02 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR