Yanğın ərazisinə baxanda DƏHŞƏTƏ GƏLDİLƏR: 50 illik əmək məhv oldu -

Argentinanın Korrentes bölgəsində davam edən meşə yanğınları ciddi fəsadlara yol açıb.

Metbuat.az xəbər verir ki, alov Kənd Təsərrüfatı Təcrübə Stansiyasını da külə çevirib. Bildirilir ki, stansiyada elm adamları 50 ildir araşdırma aparırdı. Xilasedicilər elmi araşdırmaları stansiyadan çıxarmağa çalışsa da, alınmayıb. Araşdırmaların hamısı sıradan çıxıb.

Məlumata görə, stansiyanın ərazisindəki otlaqlarda çoxlu tədqiqatlar və müxtəlif təcrübələr aparılırdı. Alov ümumilikdə 500 min hektardan çox ərazini külə çevirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR