Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub

Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, fevralın 17-də kişi voleybolçular arasında Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da “Neftçi” - “Murov” görüşü ilə start götürəcək.

Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” komandalarının oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Fevralın 18-də qadın voleybolçular arasında Superliqada III dövrəyə start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında olacaq. Daha sonra “Abşeron” - UNEC dueli gerçəkləşəcək.

Qeyd edək ki, Yüksək Liqasda I dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq “Murov”, “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress” , sonuncu yeri isə “Sərhədçi” tutur.

Superliqada isə II dövrədən sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında 4 xal var.

Qeyd edək ki, oyunlar pandemiyaya görə azarkeşsiz keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR