Cahangir Əsgərovun vəzifəsinə gətirilən şəxs BƏLLİ OLDU -

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Toplantıda İ.Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.

İnam Kərimov — Vikipediya


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR