Ukrayna Rusiyanın 5 təyyarəsini vurdu:

Luqansk bölgəsində Ukrayna ordusu Rusiyanın 5 hərbi təyyarəsini və 1 helikopterini məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi Ukraynanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Lakin Rusiya tərəfi təyyarələrinin vurulması barədə xəbəri təkzib edib. Rusiyanın xəbər agentlikləri bildirir ki, Rusiya Qara dənizdən müdaxiləyə başlayıb. Rusiya ordusu Ukraynanın bütün ərazilərindəki hərbi mərkəzləri bombalayır. Kiyevdə partlayış səsləri eşidilir.

Ukrayna tərəfinin məlumatına görə, Luqanskda rus birlikləri 2 kəndi ələ keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR