Ruslar adanı mühasirəyə alıb 13 hərbçini təslim olmağa çağırdı: Ukraynalılar ölməyi seçdi - "Rədd olun buradan" /

Ukraynada şiddətli toqquşmaların getdiyi bir vaxtda 13 ukraynalı hərbçinin Qara dənizdəki İlan adasında Rusiya ordusuna qarşı qəhrəmanlığı diqqət çəkib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın hərbi gəmisi adaya yaxınlaşaraq ukraynalı hərbçiləri təslim olmaya çağırıb. “Bu Rusiyanın hərbi gəmisidir. Lazımsız tələfatı əngəlləmək üçün Bütün silahları təslim edib təslim olmağınızı təklif edirik. Əks halda atəş açılacaq. Anlaşıldı?”- deyə ruslar anons ediblər. Lakin ukraynalı hərbçilər “Rus gəmisi buradan rədd ol” deyə cavab verib. Ardınca rusların atəş açması nəticəsində əsgərlərin hamısı həlak olub.

Ukraynalı hərbçilər həmin anları sosial mediada canlı yayımlayıb. Prezident Vladimir Zelenski hərbçilərin cəsarətlərini təqdir edərək, onları “müharibə qəhrəmanları” olduğunu elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR