Atəşkəs olmalıdır, Rusiyanın Ukraynanı işğal etmək fikri yoxdur -

Rusiya xarici işlər naziri Lavrov keçirdiyi mətbuat konfransında Ukraynanın işğalı ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, işğal planının olmadığını bildirən Lavrov, “bizi işğalda ittiham edənlər öz keçmişlərinə baxsınlar” deyib.

Lavrov izah edib ki, Rusiya NATO-nun manipulyasiyalarından xəbərdardır.

"Ukraynanın ekstremist üsullara tabe olması məqbul olmadığı kimi, həm də rusların soyqırımı törətməsi qəbuledilməzdir. Biz Ukraynanı işğal etmirik. Biz Ukraynada yaşayan hər kəsin öz hüquqlarından istifadə etməsini, heç bir təzyiq olmadan yaşamasını istəyirik. Ukrayna xalqı kifayət qədər əziyyət çəkib. Heç kim Amerika ordusunun orada olmasını istəmir. Atəşkəs olmalıdır. İqtisadi maneələr aradan qaldırılmalıdır. Zamanında Ukraynada bizim tələblərimizlə rədd edilən seçkilər lazımi şəraitdə keçirilməli idi. Amma Ukrayna bizə qulaq asmadı".

Kremlin sözçüsü Peskov, Zelenskinin görüş xahişinin də dəyərləndirəcəklərini vurğulayıb.

"Əlbəttə, biz Zelenskini Ukrayna prezidenti kimi tanıyırıq. Kiyevdən gözləntimiz eynidir, mövqeyimiz dəyişməz olaraq qalır" deyib.

Peskov Qərbin sanksiyalarına qarşılıqlı əsasda cavab verəcəklərini də bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR