6 saatlıq görüşdən sonra açıqlamalar -

Rusiya və Ukrayna nümayəndə heyəti arasında 6 saat davam edən görüş başa çatıb.

Metbuat.az RIA-ya istinadən xəbər verir ki, Belarusda baş tutan görüşdən sonra verilən açıqlamada heyətlərin növbəti görüş öncəsi məsləhətləşmələr üçün paytaxlarına gedəcəkləri bildirilib.

Görüşdən sonra ilk açıqlama Ukrayna tərəfindən olub. Edilən açıqlamada müəyyən qərarların əldə olunduğu bildirilib. Rusiya nümayəndələrindən verilən açıqlamada isə ikinci görüşün növbəti günlərdə baş tutacağı qeyd olunub.

Qeyd edək ki, görüşdə Ukrayna heyətində "Xalqın xidmətçisi" Partiyasının sədri, Ukrayna Müdafiı naziri Oleksiy Reznikov, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Podolyak, Ukraynanın Üçlü Təmas Qrupu heyəti sədrinin birinci müavini Andrey Kostin, Ukrayna millətvəkili Rustem Umerov, Ukrayna Xarici işlər nazirinin müavini Mykola Tochytskyi iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR