Almaniya da Rusiya qazından imtina etdi -

Almaniya kansleri Olaf Şolz Almaniyanın Rusiyadan qaz alışını dayandırdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu sözləri kansler "ZDF" telekanalına olan geniş müsahibə əsnasında edib. Ukraynadakı vəziyyəti, Rusiya ilə Qərbin münasibətlərini şərh edən Şolz onu da vurğulayıb ki, Almaniya hələ də Rusiyadan neft və kömür alır. Amma bu da müvəqqəti sayılır çünki 2035-ci ilə qədər ölkə elektrik enerjisinə olan bütün tələbatını bərpa olunan mənbələr hesabına ödəmək niyyətindədir.

"Biz sadəlövh olmadığımıza görə, bir tərəfdən bu tənzimləməni təqdim etdik, amma eyni zamanda çətinliklərin fərqinə də çox erkən vardıq ki, problem yaranan zaman bunu həll edə bilək".

Qeyd edək ki, Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habek fevralın 24-də Rusiyadan qaz və kömürdən imtina etmək qərarını açıqlamışdı. O, bu addımı Almaniyanın “artıq beynəlxalq hüquqa hörmət etməyən” ölkədən bu qədər asılı ola bilməməsi ilə izah edib.

Böyük Britaniyanın baş naziri Boris Conson da Rusiyanın neft və qazından imtina etdiyini açıqlayanlar sırasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR