NATO-nun fövqəladə iclası başlayır

NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayır.

Metbuat.az-ın məlumatına görə, görüş Belçikanın paytaxtı Brüsseldə Alyansın mənzil qərargahında keçiriləcək.

Rəsmi bildirişdə də NATO xarici işlər nazirləri arasında müzakirənin konkret mövzusu göstərilmir, lakin Brüsseldəki mənbələr və media nazirlərin görüşünün məqsədinin Qərb ölkələrinin Ukrayna hadisələri ilə bağlı fəaliyyətlərini, xüsusilə rəsmi Kiyevə dəstəyin koordinasiya etmək olduğunu bildirib.

Xatırladaq ki, fövqəladə iclasda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR