Ukrayna ordusu bu şəhəri əks-hücumla

Ukrayna silahlı qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini rus işğalçılarından azad edib.

Metbuat,az xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

"Ukrayna silahlı qüvvələri rus işğalçısını Derqaçidən çıxarıb və əraziyə tam nəzarət edir. Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rus işğalçısı şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz düşməni dəf edərək, əks-hücum əməliyyatına başlayıb”, - deyə Sinequbov bildirib.

Sinequbovun sözlərinə görə, düşmən texnikasının itkiləri arasında 2 tank və 2 zirehli texnika var. Əks-hücum əməliyyatı zamanı Ukrayna ordusu itki verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR