Antaliyadakı görüşdən Kreml ümidli olsa da Kiyev əksini düşünür -

"Türkiyənin Antaliya şəhərində başlayan Diplomatiya formu çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun da iştirakı ilə Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dimitri Kuleba arasında görüşdən Kreml tərəfi ciddi irəliləyişlər gözləsə də, Ukrayna tərəfi burada ciddi uğur gözləmir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib. Politoloq 15 gün ərzində Rusiyanın Ukraynada verdiyi itkilərin miqyasına diqqəti yönəldərək bildirdi ki, Kremlin qısa müddətdə belə ciddi itkilər verməsi artıq vəziyyətin nədən ibarət olduğunu az da olsa deməyə imkan verir.


"Artıq 15 gündür Rusiyanın Ukraynanı işğal etməsi üçün başlatdığı müharibə davam edir. Müharibə yarım aydır davam etməsinə baxmayaraq Rusiya tərəfi hələdə ciddi uğur qazana bilməmişdir. Ukrayna tərəfinin yaydığı məlumatlara əsasən Rusiya tərəfi 15 gün ərzində 12 000-dən çox hərbçi itirib. 3000 dən çox hərbiçi əsir düşüb. Həmçinin Rusiyaya məxsus 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib. Məhz buna görədir ki, Kreml adminstrasiyası Ukrayna ilə daha tez danışıqların başlaması üçün cəhdlər edir. Artıq Belarusiyada Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç görüş baş tutub və demək olar ki, bu görüşlərdə ciddi uğur əldə edilməyib".

Samir Hümbətov qeyd etdi ki, hələki görüşlə bağlı hansısa açıqlama verilməyib. Məsələ burasındadır ki, tərəflər arasında atəşkəs mümkün olmadıqca və hansısa kompromis əldə edilmədikcə danışıqların uğur gətirəcəyi inandırıcı görünmür.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR